“Dünənki oyunla müqayisədə yaxşılığa doğru çox böyük fərq vardı”. Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib. Çalışdırıcı Bosniya və Herseqovina ilə keçirilən yoldaşlıq görüşündən sonra fikirlərini bölüşüb.

“Dünənki oyunla müqayisədə yaxşılığa doğru çox böyük fərq vardı”. Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

Çalışdırıcı Bosniya və Herseqovina ilə keçirilən yoldaşlıq görüşündən sonra fikirlərini bölüşüb.

Borisov narazı qaldığı məqamlar olduğunu vurğulayıb: “Uşaqlar çox hərəkət etdilər, demək olar, meydanın hər yerində var idilər. Səhvlərimiz oldu, amma ilk matçdakı qədər yox. 6-7 real qol epizodu yaratsaq da, cəmi birindən istifadə edə bildik. Əlbəttə, narazı qaldığım məqamlar da oldu. Dünənki oyunda rəqib qapıçısı beşinci oyunçu funksiyasını yerinə yetirən zaman çox əziyyət çəkdiksə, bu dəfə standart vəziyyətlərin yerinə yetirilməsi zaman kobud səhvlər etdik. Biri cərimə, ikisi isə künc zərbəsindən olmaqla qollar buraxdıq. Bunun üzərində işləməliyik.

Qeyd edək ki, bir gün əvvəl 0:7 hesabı ilə uduzan millimiz ikinci matçda 1:5 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest