“Səbail”in baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək şəxs müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qəsəbə təmsilçisini Elvin Məmmədov çalışdıracaq. Gənc mütəxəssis klubun U-19 komandasında çalışır.

Qeyd edək ki, “Səbail” “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduğu Misli Premyer Liqasının XII tur oyunundan sonra Şahin Diniyevlə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest