15 Noyabr 2024, 10:04
FUTBOL
"Real" rəhbərliyi komandanın zədəli futbolçusu David Alaba ilə bağlı qərarını açıqlayıb. Matc.az xəbər verir ki, Madrid təmsilçisi uzun müddətdi zədədən əziyyət çəkən avstriyalı müdafiəçini satmağı planlaşdırmır.
Keçən il çarpaz bağı yırtılan futbolçu ən tezi gələn ay yaşıl meydanlara qayıda bilər. Bərpa prosesi bir qədər də yubansa, futbolçunun dönüşü 2025-ci ilə qalacaq. Bununla belə, “kral klubu” onunla əməkdaşlığı son qoymaq niyyətində deyil.
Qeyd edək ki, Alaba ötən mövsüm "Vilyarreal" ilə çempionat oyununda zədələnmişdi.