"Estoniya ilə oyuna yaxşı hazırlaşmışıq. Futbolçular istəkli və motivasiyalıdılar. Yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər”. Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis UEFA Millətlər Liqasının V turunda Qəbələdə Estoniya ilə keçiriləcək matçdan öncə mətbuat konfransında iştirak edib.

O, estonlarla qarşılaşmaya ancaq qələbə üçün çıxacaqlarını bildirib: “Komandanın qarşısına məqsəd qoyulub. İnanıram ki, buna çatacağıq. Oyundan-oyuna inkişaf edirik. Azərbaycan millisi ilə 2028-ci ilədək müqaviləm var. Yaxşı heyət qurmaq istəyirik. Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları əldə etməyi planlaşdırmışam. Son iki oyunda yaxşı çıxış etmişik. Bu da futbolçuların inkişafda olduğunu təsdiqləyir. Estoniya ilə səfərdəki matçda gözlənilməz qollar buraxdığımız üçün uduzduq. Həmin səhvləri aradan qaldırmağa çalışacağıq. Slovakiya ilə görüşdə də komanda yaxşı təsir bağışlamışdı”

Santuş qeyd edib ki, yığmada verilən bütün qərarlar ona məxsusdu: “Futbolçularla bağlı qərarlar mənə aiddi. Bütün oyunlara baxıram, futbolçuları yaxından tanıyıram. Kənardan heç nə mənə və qərarlarıma təsir etmir”.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan - Estoniya matçı saat 18:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest