15 Noyabr 2024, 12:23
FUTBOL
"Fənərbağça" rəhbərliyi mövsümün sonunda klubla müqaviləsi başa çatan İrfan Can Kahveci ilə əməkdaşlığı davam etdirmək istəyir. Matc.az xəbər verir ki, “sarı-lacivərtlilər” onunla yeni sözləşmə imzalamaq niyyətindədilər.
"Fənərbağça" İrfan Cana illik 65 milyon TL maaş olmaqla 3 illik yeni saziş təklif edəcək. Təcrübəli futbolçunun bu təklifi qəbul edəcəyi gözlənir.
Qeyd edək ki, İrfan Can Kahveci “Fənərbağça”ya 2021-ci ildə "Başakşehir"dən keçib.