Argentina yığmasının və "İnter Mayami" klubunun futbolçusu Lionel Messi referi ilə konflikt yaşayıb. Matc.az xəbər verir ki, 37 yaşlı hücumçu 2026-nın seçmə mərhələsində Paraqvayla keçirdikləri görüşdə baş hakimi təhqir edib.

Belə ki, Messi qayda pozuntusu edən rəqib futbolçunun cəzalandırılmasını istəsə də, referi fərqli qərar qəbul edib. Bu isə ulduz futbolçunu qəzəbləndirib. O, hakimə özünü çirkin apararaq biabır etdiyini, referidən xoşunun gəlmədiyini bildirib.

Qeyd edək ki, qarşılaşma Paraqvay yığmasının 2:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest