"Barselona" rəhbərliyinin gələn yay üçün transfer hədəfləri bəlli olub. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi cari mövsümün sonunda komandanın heyətini gücləndirmək niyyətindədi.

“Barsa” xüsusən müdafiə xətti üçün yeni oyunçular axtarışına çıxıb. Klub rəhbərliyi əsas heyət üzvünə çevrilə biləcək sol cinah müdafiəçisi və iki mərkəz müdafiəçisi ilə anlaşmaq arzusundadı.

Qeyd edək ki, "Barselona" La Liqada hazırda 33 xalla liderdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest