Norveç millisinin hücumçusu Erlinq Haland tarixi uğura imza atıb. Matc.az xəbər verir ki, 24 yaşlı forvard Millətlər Liqasında Sloveniya ilə səfər oyununda bunu reallaşdırıb.

Haland milli forma altında keçirdiyi 38-ci görüşündə 35-ci qolunu vurub. O, bununla əfsanəvi argentinalı Dieqo Maradonanı geridə qoyub. Cənubi amerikalı yığmada 91 matçda 34 qol vurmuşdu.

Norveçli cari mövsüm klub və milli səviyyəsində yarışlarda ümumilikdə 21 qarşılaşmada 19 qol vurub, 1 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Norveç Sloveniyanı səfərdə 4:1 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest