“Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi “Lion” bir futbolçusunu itirə bilər. Matc.az xəbər verir ki, “Liverpul” 21 yaşlı yarımmüdafiəçi Rayan Şerkinin xidmətində maraqlıdı.

Gənc oyunçu ötən yay Fransa klubu ilə müqaviləsini 2026-cı ilə qədər uzadıb. Premyer Liqa təmsilçisi mümkün transferlə bağlı sorğular aparıb. Şerki özü isə bir çox fransız futbolçunun potensialını uğurla üzə çıxardığı Bundesliqaya keçməyə qarşı deyil.

Yarımmüdafiəçinin transfer dəyəri 20 milyon avroya bərabər qiymətləndirilir. “Lion” onu ən azı mövsümün sonuna qədər saxlamaq istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest