“Real”ın sabiq müdafiəçisi Rafael Alkorta klub rəhbərliyinə “Arsenal”ın müdafiəçisi Uilyam Salibanı almağı məsləhət görüb. Matc.az xəbər verir ki, onun fikrincə, 23 yaşlı mərkəz müdafiəçisi uzun müddət “kral klubu”nun formasını geyinə bilər.

Alkorta ispaniyalı Aymerik Lyaportu da məsləhət görüb: “Yanvarda imza atmazdım, gözləyərdim və Aymerik Lyaportu seçim kimi nəzərdən keçirərdim. Bəlkə də, Saliba kimi sənə daha 10 il xidmət edəcək birinə 80 milyon xərcləməlisən. İstənilən halda, “Real” bu məsələdə nadir hallarda səhvə yol verir”.

Qeyd edək ki, Saliba bu mövsüm bütün turnirlərdə 12 oyunda iştirak edib. Onun “Arsenal”la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest