15 Noyabr 2024, 16:19
FUTBOL
“Vest Hem”in yarımmüdafiəçisi Məhəmməd Kudus komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, Premyer Liqanın iki nəhəng klubu “Liverpul” və “Arsenal” 24 yaşlı futbolçu uğrunda mübarizəyə qoşulub.
Qana millisinin üzvünün londonlularla sözləşməsi 2028-ci ilin yayına qədərdi. “Vest Hem” rəhbərliyi Kudusun gedişinə qarşı deyil. Ancaq onlar potensial alıcılarla danışıqlarda 85 milyon funt-sterlinq tələb edəcəklər. Futbolçunun müqaviləsində də sərbəst qalma məbləği 85 milyon olaraq göstərilir.
Kudus özü “Vest Hem”də xoşbəxt olsa da, Çempionlar Liqasında müntəzəm çıxış edən klublardan birinə keçmək arzusundadı.