“Napoli” hücumçusu Xviça Kvaratsxeliya ilə yollarını ayıra bilər. Matc.az xəbər verir ki, buna səbəb Gürcüstan millisinin futbolçusuna marağın böyük olmasıdı.

Məsələ burasındadı ki, Avropa nəhəngləri 23 yaşlı ön xətt oyunçusu uğrunda gərgin mübarizə aparıq. Bu mənada “Barselona”nın canfəşanlığı xüsusi diqqət çəkir. İspaniya təmsilçisi artıq gürcüstanlı forvardın özü ilə əlaqə saxlayıb. Kvaratsxeliyaya marağın böyük olduğunu nəzərə alan neapollular isə aparıcı oyunçularını 100 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm12 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə verib. Onun “Napoli” ilə anlaşması 2027-ci ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest