15 Noyabr 2024, 15:37
FUTBOL
Fransalı yarımmüdafiəçi Pol Poqba “Yuventus”la müqaviləyə xitam vermək üzrədi. Matc.az xəbər verir ki, tərəflər bu məsələdə ortaq məxrəcə gəlmək barədə razılaşıblar.
Poqba daha əvvəl antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılıb. İdman Arbitraj Məhkəməsi (CAS) bu müddəti bir il yarıma endirib. Futbolçu 2025-ci ilin yanvarından yaşıl meydanlara dönə biləcək. Poqbanın “Yuventus”la sözləşməsi 2026-cı ilin yayına kimidi. Onun mövsümlük maaşı 8 milyon avrodu.
Poqba hazırda Mayamidə təkbaşına məşq edir və karyerasında növbəti çağırışa hazırlaşır.
Qeyd edək ki, 31 yaşlı Poqba “Yuventus”un heyətində 190 oyunda 34 qol vurub, 41 məhsuldar ötürmə verib.