Türkiyə milli komandasının heyətində növbəti itki baş verib.

Matc.az xəbər verir ki, "Eyüpspor"un hücumçusu Ahmed Kutucu sıradan çıxıb. 

24 yaşlı forvard yığmanın heyətindən kənarlaşdırılıb.

Türkiyə yığmasının futbolçuları Ferdi Kadıoğlu, Çağlar Söyüncü və Deniz Gül də zədə səbəbindən düşərgəni tərk edib.

Qeyd edək ki, Türkiyə seçməsi sabah UEFA Millətlər Liqasında Uelsi qəbul edəcək, ayın 19-da isə səfərdə Monteneqronun qonağı olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest