Əliyar Ağayev UEFA Millətlər Liqasında A Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq.

Əliyar Ağayev UEFA Millətlər Liqasında A Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq.

Matc.az xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matçın VAR hakimləri Polşadan Tomasz Kwiatowski və Pawel Pskit olacaq.

Noyabrın 19-da Zenitsa şəhərində yerləşən “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest