Rodri "Real"ı yox "Barselona"ya keçməyi üstün tutur.
Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
28 yaşlı ispaniyalı mövsüm başa çatdıqdan sonra "Mançester Siti"dən transfer etməyi düşünür. Rodrinin qərarına bir çox amillər, xüsusən də Pep Qvardiolanın mümkün gedişi, klubun Premyer Liqanı mümkün sanksiyaları və karyerasında yeni çağırış almaq istəyi təsir edir.
Rodri La Liqaya qayıtmaq istəyir və hər ikiİspaniya nəhəngi futbolçunu transfer etməkdə maraqlıdır. Rodrinin özü artıq seçimini edib və "Mançester Siti"dən ayrılsa, "Barselona"ya keçmək istəyir. İspaniyalı futbolçu hesab edir ki, katalonların oyun tərzi ona daha çox uyğundur. Bundan əlavə, Rodri "Real"a keçidi karyerasına başladığı "Atletiko"ya xəyanət hesab edir.