Portuqaliya millisinin 39 yaşlı hücumçusu və kapitanı Kriştiano Ronaldo millidəki karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.

Matc.az xəbər verir ki, Ronaldonun bu barədə açıqlamasını "Mirror" paylaşıb.

"Milli komandadan getmək qərarına gələndə bunu kortəbii, lakin düşünərəkdən edəcəm. Öncədən açıqlama verməyəcəm".

Qeyd edək ki, hücumçu 2003-cü ildə Portuqaliya millisində debüt edib. Bu müddət ərzində o, bütün turnirlərdə 215 matçda iştirak edib, 135 qol vurub, 45 məhsuldar ötürmə edib. Bu görüşlərdə Ronaldo 32 sarı vərəqə alıb.

O, 2016-cı ildə Portuqaliya millisinin tərkibində Avropa çempionatının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest