16 Noyabr 2024, 13:21
FUTBOL
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç yığması ilə keçirəcəyi sonuncu oyununun hakim təyinatları açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın rəsmi saytı paylaşıb.
VI turda Solna şəhərindəki "Friends Arena"da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Pavel Raçkovski olacaq. Ona yan xətt hakimləri Radoslav Seyka və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Voytsex Mits yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 19-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:45-də start götürəcək.