Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Matc.az xəbər verir ki, VI qrupda yer alan komanda Yunanıstan yığması ilə üz-üzə gəlib.

Rumıniyanın “Tunari” stadionunda təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0.

Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub. Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Rumıniya yığmasına qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest