"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubla müqaviləsini 2026-cı ilə qədər uzatmaq barədə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında aparılan yeni danışıqlardan sonra bu əməliyyat 99% tamamlanıb. Qvardiolanın klubla müqaviləsinin uzadılması ilə bağlı rəsmi açıqlama tezliklə verilməlidir.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2016-cı ildə İngiltərə klubunun baş məşqçisi vəzifəsinə təyin olunub. Qvardiolanın "Mançester Siti" ilə hazırkı iş 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

53 yaşlı mütəxəssisin rəhbərliyi altında "şəhərlilər" 6 dəfə İngiltərə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının da qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest