Bakıda səfərdə olan "Barselona"nın prezidenti Joan Laporta Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşəcək.

Matc.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı məqsədi ilə ölkəmizə gələn Laporta sabah futbol akademiyalarımızın yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olacaq.

Qeyd edək ki, Joan Laporta Bakıya bu gün səfər edib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest