"Mançester Siti" hücumçu Erlinq Haaland ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır və norveçli futbolçuya həftəlik 500 min funt-sterlinq maaş təklif etmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Mirror" paylaşıb.

Bildirilir ki, 24 yaşlı futbolçu bu şərtlər ilə yeni müqavilə bağlasa, hazırda həftədə 400 min funt-sterlinq qazanan komanda yoldaşı Kevin De Bruyneni qabaqlayaraq İngiltərə Premyer Liqasının ən çox maaş alan futbolçusu olacaq.

Qeyd edək ki, Haalandaa təklif olunan yeni müqavilə 2 illikdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest