"Əl-Hilal"da çıxış edən Neymar gələcəyi ilə bağlı qərarını verib. Braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək.

Matc.az xəbər verir ki, Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

32 yaşlı vinger yetirməsi olduğu "Santos"la anlaşıb. Ulduz futbolçu Səudiyyə Ərəbistanı klubu ilə müqavilənin ləğv edilməsi istiqamətində danışıqlar aparır.

Qeyd edək ki, Neymar ötən ilin yayında "Əl-Hilal"a keçib. Təcrübəli oyunçu zədə səbəbindən komandanın heyətində cəmi 7 rəsmi matçda iştirak edə bilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest