18 Noyabr 2024, 09:58
FUTBOL
Fransa yığmasının futbolçusu Adrien Rabyo UEFA Millətlər Liqasında İtaliya ilə matçda erkən qola imza atıb. Matc.az xəbər verir ki, “Marsel”in yarımmüdafiəçisi 59-cu saniyədə hesabı açıb.
Bu qol Fransa yığmasında son 40 ildə rəsmi səfər görüşlərində, konkret olaraq 1984-cü ilin oktyabrında Patrik Battistonun Lüksemburq millisinin qapısına vurduğu qoldan sonra ən erkən qol olub.
Qeyd edək ki, İtaliya - Fransa oyunu fransızların 3:1 hesablı qələbəsi ilə nəticələnib.