18 Noyabr 2024, 11:20
FUTBOL
Rusiya yığmasının keçmiş futbolçusu Vadim Yevseyev silahla hücuma məruz qalıb. Matc.az xəbər verir ki, hadisə Həştərxanda baş verib.
Bu barədə idman şərhçisi Denis Kazanski məlumat yayıb. O bildirib ki, Yevseyevin həyatı təhlükədə deyil: “Bu, kabusdu. Vadimə bıçaqla hücum ediblər. Xoşbəxtlikdən, həyati təhlükəsi yoxdu. Artıq polis əməkdaşları məsələyə baxırlar”.
Qeyd edək ki, Rusiya millisində 20 oyunda 1 qola imza atan sabiq müdafiəçi hazırda “Leninqradets” klubunu çalışdırır.