"Liverpul"un italiyalı futbolçusu Federiko Kyeza karyerasını yenidən ölkəsində davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

"İnter" 27 yaşlı yarımmüdafiəçini yanvarda mövsümün sonunadək icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Kyeza “Liverpul”a ötən yay "Yuventus"dan keçib. O, “qırmızılar”ın heyətində buvaxtadək cəmi 3 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest