Məmmədov maksimum 1 aydan sonra sıraya dönəcək.

Azərbaycan milli komandasının düşərgəsində zədələnən Rahil Məmmədovun durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, tibbi müayinədən sonra müdafiəçi bud əzələsində ikinci dərəcəli dartınma qeydə alınıb.

Məmmədov maksimum 1 aydan sonra sıraya dönəcək. Müalicə prosesi yaxşı keçsə, 28 yaşlı futbolçu daha tez məşqlərə başlaya bilər.

Qeyd edək ki, R.Məmmədov UEFA Millətlər Liqasında Estoniya ilə Qəbələdə keçirilən oyunda (0:0) zədə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest