18 Noyabr 2024, 16:01
FUTBOL
"Tottenhem"in futbolçusu Rodriqo Bentankur cəzalandırılıb. Matc.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası yarımmüdafiəçiyə 7 oyunluq cəza kəsib.
Buna Bentankurun cənubi koreyalı komanda yoldaşı Son Hın Minə qarşı irqçilik etməsi səbəb olub. Rodriqo 7 oyunluq cəza ilə yanaşı, 100 min funt-sterlinq cəriməyə də məruz qalıb.
Qeyd edək ki, Bentankur Son Hın Min haqqında danışarkən koreyalıları ayırd etməyin çətin olduğunu söyləmişdi.