18 Noyabr 2024, 18:05
FUTBOL
“Çelsi”nin sabiq baş məşqçisi Frenk Lempard yeni təklif alıb. Matc.az xəbər verir ki, o, yenidən ölkəsində çalışa bilər.
Bu barədə "Sky Sport" məlumat yayıb. 46 yaşlı çalışdırıcı İngiltərənin 2-ci divizionunun "Koventri Siti" klubu ilə danışıqlar aparır.
Qeyd edək ki, Frenk Lempard "Çelsi", "Everton" və "Derbi Kaunti" kimi klubları da çalışdırıb.