“Mançester Yunayted” yeni baş məşqçisi Ruben Amorimin rəhbərliyi altında ilk məşqinə çıxıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bir neçə futbolçu milli komandaların düşərgəsinə yollandıqları üçün portuqaliyalı mütəxəssisin ilk məşqində cəmi 10 oyunçu iştirak edib. Onlarla yanaşı, “Mançester Yunayted”in akademiyasının üzvləri də hazırlıq prosesinə cəlb olunublar.

Qeyd edək ki, Amorimli “Mançester Yunayted” ilk oyununu noyabrın 24-də “İpsviç”ə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest