Millətlər Liqasının VI turunda Lixtenşteynlə oyun San Marino yığması üçün əlamətdar olub. Matc.az xəbər verir ki, “cırtdan ölkə” seçməsi tarixinin ilklərinə imza atıb.

D liqasında çıxış edən San Marino millisi səfərdə Lixtenşteyni 3:1 hesablı məğlubiyyətə uğradıb. Bu, “cırtdanlar”ın tarixində ilk səfər qələbəsi olub.

Bundan əlavə, San Marino yığması tarixində ilk dəfə bir oyunda 3 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, qrupunda 1-ci olan San Marino millisi C liqasına yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest