19 Noyabr 2024, 12:12
FUTBOL
FİFA referisi Elçin Məsiyev UEFA Millətlər Liqasında oyun idarə edib. Matc.az xəbər verir ki, o, 6-cı tur çərçivəsində keçirilən Lüksemburq - Şimali İrlandiya matçında ədalət təmsilçisi olub.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev icra edib.
Qarşılaşma 2:2 hesabı ilə nəticələnib. Məsiyev ev sahiblərindən bir, qonaqlardan isə iki futbolçuya sarı vərəqə göstərib.