19 Noyabr 2024, 13:45
FUTBOL
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
İclasda Misli Premyer Liqasının XIII turunda baş verən neqativ hallar öz hüquqi qiymətini tapıb.
“Neftçi” - “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.
“Səbail” - “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.