Namiq İbrahimli hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyunluq cəzalanıb.
AFFA İntizam Komitəsinin iclasında I Liqa və Əvəzedicilər liqasının son turunda baş verən neqativ hallara baxılıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
I Liqanın VII turunun “Qəbələ” - MOİK oyununun 87-ci dəqiqəsində MOİK-in futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, MOİK 150 manat cərimə edilib.
I Liqanın VII turunun “Mingəçevir” - “Baku Sportinq” oyununda “Mingəçevir”in məşqçisi Namiq İbrahimli matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyunluq cəzalanıb, “Mingəçevir” komandası 400 manat cərimə edilib.
Əvəzedicilər liqasının XIII turunun “Araz-Naxçıvan-2” - “Sumqayıt-2” oyununun 82-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının futbolçusu Tariq Hajjaj ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 150 manat cərimə edilib.