19 Noyabr 2024, 15:58
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın klubdakı gələcəyinə böyük ölçüdə aydınlıq gəlib. Matc.az xəbər verir ki, “şəhərlilər”dən cari mövsümün sonunda ayrılacağı gözlənilən ispan çalışdırıcı bu fikirdə deyil.
2016-cı ildən “Mançester Siti”ni çalışdıran Qvardiola hələ postunu tərk etmək istəmir. O, ingilislərin 2026-ci ilin yayınadək nəzərdə tutulan yeni müqavilə təklifinə “hə” deyib. Tərəflər arasında yaxın günlərdə rəsmi sözləşmənin imzalanacağı bildirilir.
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqada 23 xalla 2-ci yerdədi.