17 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, millimiz 3-cü görüşündə Rumıniya ilə qarşılaşıb.

İlham Yadullayevin baş məşqçisi olduğu komanda meydandan 1 xalla ayrılıb. Belə ki, Rumıniyanın Buftya şəhərində keçirilən oyun 1:1 hesabı ilə nəticələnib. Bu, millimizin Avro-2025-in seçmə mərhələsində ilk xalı olub.

Qeyd edək ki, buna qədər U-17 Yunanıstana 0:3, Macarıstana isə 0:4 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest