Fransa yığmasının sabiq futbolçusu Patrik Vieyra İtaliya klubunu çalışdıra bilər. Matc.az xəbər verir ki, 48 yaşlı mütəxəssis "Cenoa" ilə danışıq aparır.

Artıq tərəflər arasında razılığın əldə olunduğu bildirilir. Vieyra bu postda Alberto Cilardinonu əvəzləyəcək.

Qeyd edək ki, Patrik Vieyranın son iş yeri "Strasburq" klubu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest