19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə qarşılaşıb.

Görüş Kişinyovdakı “Zimbru” stadionunda keçirilib. Oyunda heç-heçə qeydə alınıb - 2:2. Millimizin hər iki qoluna Həsən Nəzərli imza atıb.

Qeyd edək ki, U-19 əvvəlki oyunlarda İslandiyaya 0:2, İrlandiyaya isə 0:4 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest