Saint Martinin 3:0 hesablı qələbəsi ilə bitən oyunda Lebon dubl edib. O, oyuna start heyətdə çıxıb və 90+5-ci dəqiqədə İmri Şevalyer ilə əvəzlənib. Futbolçu həmçinin oyunun ən yaxşısı seçilib.

"Neftçi"nin futbolçusu Kilan Lebon Saint Martin millisinin heyətində növbəti oyununa çıxıb.

Matc.az xəbər verir ki, 27 yaşlı vinger KONKAKAF Millətlər Liqası çərçivəsində Qrenada komandasına qarşı matçın iştirakçısı olub. 

Saint Martinin 3:0 hesablı qələbəsi ilə bitən oyunda Lebon dubl edib. O, oyuna start heyətdə çıxıb və 90+5-ci dəqiqədə İmri Şevalyer ilə əvəzlənib. Futbolçu həmçinin oyunun ən yaxşısı seçilib.

Qeyd edək ki, Saint Martin 6 oyundan sonra öz qrupunda 6 xalla sonuncu yerdədir. Qrupa Kurasao millisi 13 xalla liderlik edir. İkinci yerdə 9 xalla Saint Lusiya, 3-cü yerdə isə 7 xalı olan Qrenada qərarlaşıb. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest