20 Noyabr 2024, 09:30
FUTBOL
Əliyar Ağayev oyun ərzində cəmi bir sarı vərəqə göstərib.
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasında növbəti oyunu idarə edib. Matc.az xəbər verir ki, təcrübəli hakim A Liqasının 3-cü qrupunun 6-cı turunda Bosniya və Herseqovina - Niderland görüşündə iş başında olub.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olublar. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov icra edib.
Görüş 1:1 hesabı ilə nəticələnib. Əliyar Ağayev oyun ərzində cəmi bir sarı vərəqə göstərib. O, 76-cı dəqiqədə Bosniya və Herseqovinanın üzvü Ermedin Demiroviçə xəbərdarlıq edib.