Santuş məğlubiyyətdə erkən qol buraxmalarının həlledici olduğunu bildirib.

Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının sonuncu turunda İsveçə 0:6 hesablı məğlubiyyəti şərh edib. Matc.az xəbər verir ki, millimizin C Liqasında ən pis nəticə göstərən iki komandadan biri kimi D liqasına yuvarlanıb.

Santuş məğlubiyyətdə erkən qol buraxmalarının həlledici olduğunu bildirib: “Əslində, oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, rəqibin hücumda iki güclü futbolçusu var. Oyuna 3 mərkəz müdafiəçisi ilə çıxmağımızın səbəbi də bu idi. Erkən qol buraxdıq və sonra vəziyyəti dəyişə bilmədik”.

Hücumda iki sürətli futbolçuya şans verdiyini bildirən Santuş məsuliyyəti öz üzərinə götürüb: “Oyunçular və strategiyanı mən seçmişəm. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Bu oyun mənə və komandama dərs olmalıdı. İsveçlə matçdan nəticə çıxarmalı, daha çox işləməliyik”.

Azərbaycan millisinin baş məşqçisi olduğu üçün qürur duyduğunu deyən Santuş fikrini belə tamamlayıb: “Nəyisə dəyişmək olar. Mən komanda üçün əlimdən gələni edirəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest