"Atletiko"nun sabiq futbolçusu Arda Turan maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, hazırda Türkiyənin "Eyüpspor" klubunu çalışdıran 37 yaşlı mütəxəssis gələcəkdə Madrid təmsilçisinin “sükanı arxasında” olmaq arzusundadı.

Arda bildirib ki, indidən “Atletiko” ilə bağlı xəyallar qurur: “Atletiko"nu çalışdırmaq istəyirəm. Bu klubda La Liqa və Çempionlar Liqasının qalibi olduğumu xəyal edirəm. Ancaq bunun üçün uzun yol qət etməliyəm”.

Qeyd edək ki, Arda Turan 2011-2015-ci illərdə "Atletiko"nun formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest