"Milan" rəhbərliyi komandanın müdafiəçisi Matteo Qabbia ilə yeni müqavilə bağlayacaq. Matc.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında artıq şifahi razılıq əldə olunub və tez bir zamanda sözləşmənin müddətinin uzadılması prosesi rəsmən həyata keçiriləcək.

Yeni sazişin müddəti 2029-cu ilin yayınadək olacaq.

Qeyd edək ki, Qabbia cari mövsümdə "Milan"ın heyətində 7 oyunda 1 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest