"Beşiktaş" rəhbərliyi komandanın hücum xəttini gücləndirmək niyyətindədi. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi "Milan"ın üzvü Samuel Çukvuezeni sıralarına cəlb etməyi planlaşdırır.

"Beşiktaş" nigeriyalı vingeri icarəyə götürmək arzusundadı. Qarşı tərəflə danışıqlara start verilib. “Milan”da az oynayan Çukvueze özü də "qara qartallar"ın formasını geyinməyə razıdı.

Danışıqlar baş tutsa, futbolçu yanvar ayında icarə əsasında "Beşiktaş"a keçəcək.

Qeyd edək ki, "Milan" Samuel Çukvuezeni ötən yay "Vilyarreal"dan 21 milyon avroya alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest