21 Noyabr 2024, 18:31
FUTBOL
"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov yığmamızın UEFA Millətlər Liqası çərçivəsində keçirilən İsveçlə oyununda (0:6) sıradan çıxıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 müdafiəçi topuğundan zədələnib və 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Bədavi Hüseynov Avropa Liqasının Liqa mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Lion" matçını da buraxacaq. Sözügedən oyun noyabrın 28-i, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq.