21 Noyabr 2024, 19:00
FUTBOL
"Mançester Yunayted"in PSJ-nin 25 yaşlı hücumçusu Randal Kolo Muanini almaq üçün vəsaiti yoxdur, lakin Fransa klubuna futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək variantını təklif etməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə "Le10sport.com" məlumat paylaşıb.
Bildirilir ki, tərəflər arasında danışıqlar bu ilin sonuna kimi davam edəcək. Son qərarı isə oyunçu verəcək.
Qeyd edək ki, cari mövsüm Kolo Muani PSJ-də bütün turnirlərdə 12 oyun keçirib və iki qol vurub. Futbolçunun hazırkı klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
"Transfermarkt" internet portalında 25 yaşlı futbolçunun bazar dəyəri 40 milyon avrodur.