21 Noyabr 2024, 20:18
FUTBOL
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonu komandasına dəvət edib.
Matc.az xəbər verir ki, bu barədə "Fotomac" nəşri məlmat yayıb.
61 yaşlı mütəxəssis Ronaldoya zəng edib və "Əl-Nəsr"də xoşbəxt deyilsənsə İstanbula gəl deyib.
"Fənərbaxça"nın idman direktoru Mario Brankonun 39 yaşlı portuqaliyalı futbolçunun agenti ilə əlaqəyə çıxdığı bildirilir.
Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "Əl-Nəsr"in heyətində 15 oyunda 10 qol vurub və 3 qolun ötürməsini edib. Onun Səudiyyə Ərəbistan klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.