“Müəyyən top fərqi ilə qalib gəlmək lazım idi ki, bunu da bacardıq”. Matc.az xəbər verir ki, bunu İsveç millisinin hücumçusu Viktor Qyökereş deyib.

26 yaşlı forvard Millətlər Liqasının qrup mərhələsinin son turunda Azərbaycan yığması ilə keçirilən görüşü dəyərləndirib. 6:0 hesabı ilə qalib gəldikləri matçda pokerə imza atan futbolçu sevincini gizlətməyib: “Yaxşı gecə idi. Bu qədər qol vurmaq əyləncəlidi. Mən acam, çoxlu qol vurmaq istəyirəm. Özümü yaxşı formada hiss edirəm. Oyunda doğru mövqedə yer alıram və hücumu qolla bitirməyə çalışıram”.

Qeyd edək ki, Viktor Qyökereş 9 qolla Millətlər Liqasında mövsümün bombardiri olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest