22 Noyabr 2024, 12:36
FUTBOL
Braziliya millisinin sabiq hücumçusu Ronaldo ölkə futbolunun hazırkı durumu barədə fikir bildirib. Matc.az xəbər verir ki, “yekədiş” ciddi dəyişikliklərin vacib olduğunu düşünür.
48 yaşlı sabiq forvard Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istədiyini də gizlətməyib: “Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istəyirəm. Uyğun anı gözləyirik. Buna tam hazıram. Braziliya futbolunun böyük dəyişikliklərə ehtiyacı var”.
Qeyd edək ki, Ronaldo hazırda İspaniyanın “Real Valyadolid” klubunun prezidentidi.