PSJ-nin müdafiəçisi Əşrəf Hakiminin taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, 26 yaşlı sağ cinah oyunçusu uzun müddət Fransa klubunda qalmaq qərarına gəlib.

Parislilər Mərakeş millisinin üzvü ilə yeni müqavilə imzaladıqlarını açıqlayıb. Hakimi PSJ ilə sözləşməsinin müddətini 2029-cu ilə qədər uzadıb.

Qeyd edək ki, Əşrəf Hakimi 2021-ci ildən PSJ-də çıxış edir. O, bu mövsüm 13 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest